DEAŞ-a ağır zərbə vuruldu

Terror təşkilatı DEAŞ-a qarşı ilin ilk dörd ayında həyata keçirilən əməliyyatlarda aralarında təşkilatın səlahiyyətli şəxslərinin olduğu 354 şübhəli yaxalandı.

1410376
DEAŞ-a ağır zərbə vuruldu

Terror təşkilatı DEAŞ-a qarşı ilin ilk dörd ayında həyata keçirilən əməliyyatlarda aralarında təşkilatın səlahiyyətli şəxslərinin olduğu 354 şübhəli yaxalandı.
DEAŞ-a qarşı həyata keçirilən müvəffəqiyyətli əməliyyatlarıyla gündəmdə olan Türkiyə terror təşkilatına qarşı çoxcəhətli mübarizə nümunəsi ortaya qoyaraq təşkilatın addım atmasına imkan vermədi.
Təhlükəsizlik qüvvələri fasiləsiz uğurlu əməliyyatlarla bir çox şəhərdə, xüsusən də İstanbul və Ankarada qanlı terror aksiyası planlaşdıran terrorçuların oyununu pozdu.
Bu çərçivədə yanvar-aprel dövründə polis, jandarma və sərhəd bölmələrinin fəaliyyətlərində aralarında terror təşkilatı DEAŞ-ın dırnaqarası əcnəbi səlayihhətlilərinin də olduğu 354 şübhəlinin həbs edildiyi və təşkilata aid bir çox sənəd, silah və sursat ələ keçirildiyi bildirildi.
Yaxalanan şübhəlilərdən 76-sı həbs olundu, bəzi şübhəlilər ölkədən çıxarıldı, bəzilərinin isə hələ də məhkəmə prosesləri davam edir.
Məhkəmələrdə çox sayda DEAŞ üzvü terrorçuya iş kəsildi. 



Әlaqәli Xәbәrlәr