Türkiyə Nazirlər Kabineti normal həyata dönmək üçün toplanır

Dörd mərhələdən ibarət olan plana əsasən insanların sağlamlığına təhlükə yaratmadan tədricən normal həyata dönmə prosesi başlamalıdır

1409770
Türkiyə Nazirlər Kabineti normal həyata dönmək üçün toplanır

 

  Türkiyə Nazirlər Kabineti bu gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanır.

  İstanbuldakı Huber Köşkündə videokonfrans formatında olacaq toplantının gündəliyində ən vacib məsələ normal həyata dönmə planını qurmaqdır.

  Dörd mərhələdən ibarət olan plana əsasən insanların sağlamlığına təhlükə yaratmadan tədricən normal həyata dönmə prosesi başlamalıdır.

  May ayı ilkin hazırlıq mərhələsi hesab edilib.

  Ramazan bayramından sonra planın ikinci mərhələsinə keçiləcək: xüsusilə təhsil, nəqliyyat və turizm sahələrində əsaslı addımlar atılacaq.

  Təlim-tədris prosesi iyunun 1-dən başlayacaq. Bu dövrdə şəhərlərarası nəqliyyatın açılması və turizm məkanlarının ölkə vətəndaşlarına xidməti  gözlənilir.

  İkinci mərhələdə hər şey yolunda gedərsə, epidemiya ilə ciddi mübarizəyə ehtiyac qalmazsa, üçüncü mərhələ başlanacaq. Sentyabrda başlayacaq bu dövrdə təhsil davam edəcək, korona virusu (Covid-19) peyvəndi üçün işlər sürətləndiriləcək.

  Dördüncü və sonuncu mərhələ 2021-ci ilin əvvəlindən başlayacaq. Bu dövrdə epidemiyanın tamamilə sovuşduğu qənaətinə gəlinərsə, hər sahədə həyat normal məcraya qayıdacaq.



Әlaqәli Xәbәrlәr