Türkiyədən ABŞ-a ikinci hərbi yük təyyarəsi getdi

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə

1409195
Türkiyədən ABŞ-a ikinci hərbi yük təyyarəsi getdi

 

  Türkiyədən Amerika Birləşmiş Ştatlarına tibbi yardım paketi daşıyan 2-ci hərbi yük təyyarəsi ölkənin paytaxtı Vaşinqtona çatıb.

  Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə Silahlı Qüvvələrinə  (TSQ) aid C-130 hərbi nəqliyyat təyyarəsi tibbi yardım vasitələrini apararaq mayın 1-i yerli vaxtla 16.20, Türkiyə saatı ilə 23.20-də paytaxt Vaşinqtonun yaxınlığındakı Endrüs (Andrews) Hava Bazasına enib.

  Bazada boşaldılan yardım qutuları üzərində Türkiyə Prezident Aparatının emblemi, Türkiyə və Amerika bayraqlarının əksi, Türk və ingilis dillərində Mövlananın "Ümidsizliyin arxasında necə ümidlər var. Zülmətin arxasında necə günəşlər var" sözləri var idi.

  29 apreldə göndərilən ilk təyyarədə olduğu kimi, bu dəfə də ABŞ-a tibbi maskalar, kombinezon, dezinfeksiyaedici maddə, üz qalxanları və qoruyucu gözlüklər aparılıb.

  Qeyd edək ki, Türkiyə yeni tip korona virusu “Covid-19”la mübarizə çərçivəsində Amerikadan başqa 55 ölkəyə yardım göndərib.  



Әlaqәli Xәbәrlәr