"Biz də bu ölkələr siyahısına daxil olacağıq", Ə.H.Atalay
Türkiyə müdafiə sənayesində proqram əsaslı həllərə imza atan HAVELSAN (Hava Elektronik Sənayesi Qurumu) Milli Döyüş Təyyarəsi Layihəsinə daxil edildi
1409367

Türkiyə müdafiə sənayesində proqram əsaslı həllərə imza atan HAVELSAN - Hava Elektronik Sənayesi Qurumu "Milli döyüş təyyarəsi layihəsi"nə daxil edildi.
Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi istehsalı üçün Prezident Aparatı Müdafiə Sənayesi İdarəsi tərəfindən həyata keçirilən Milli Döyüş Təyyarəsi (MMU) layihəsi üçün Türkiyə müdafiə sənayesindəki güc birliyi genişlənir.
HAVELSAN-ın baş direktoru Əhməd Hamdi Atalay verdiyi açıqlamada bildirib: “Milli Döyüş Təyyarəsi qürurlu hadisə olaraq Türkiyəyə şərəf gətirəcək bir layihədir. 5-ci nəsil döyüş təyyarəsi istehsal edən bir neçə ölkə var. İnşaallah, biz də bu ölkələr siyahısına daxil olacağıq. Təyyarə 2023-cü ildə uçuşa tam hazır olacaq. Artıq layihə üçün komanda yaratmağa başlamışıq”.