Prezident Aparatı sosial şəbəkədə "Covid-19" pahdemiyası ilə mübarizə prosesini paylaşdı

Prezident Aparatının rəsmi "twitter" hesabından Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizə prosesilə bağlı mesajlar paylaşılıb.

1408488

Paylaşmada Türkiyənin ən erkən və ən təsirli tədbirləri görən ölkələrdən biri olaraq "Covid-19" pandemiyası ilə mübarizədə müvəffəqiyyətə addım-addım irəlilədiyi ifadə edilib.
Türkiyənin dünyada tüğyan edən pandemiya ilə mübarizə çərçivəsində dövlət-mülki vətəndaş birliyilə vətəndaşlarına dəstəyini davam etdirdiyi vurğulanan bir digər paylaşmada isə, "Hər gün minlərlə ailəyə isti yemək çatdırıldı. Xroniki xəstəlikləri olan 65 yaşdan yuxarı vətəndaşların ehtiyacları ödənildi və Vefa Dəstək Qrupları tərəfindən yardım edildi. Yüz minlərlə gigiyena bağlamaları paylandı. Qan bankı laboratoriyalarında koronavirus diaqnostik dəsti, 150 çadır və 300 səhra xəstəxana Səhiyyə Nazirliyinə təhvil verildi” deyilib.
Paylaşmada pandemiya ilə mübarizə üçün profilaktik həkim anlayışı ilə kurslar təşkil edildiyi vurğulanaraq “Yüz minlərlə ehtiyacı olan ailəyə ərzaq bağlamaları çatdırıldı" ifadəsi yer alıb. 

Әlaqәli Xәbәrlәr