Türkiyə bayrağı Avropanın ən yüksək zirvələrində

Türkiyə bayrağı İsveçrədə Alp dağlarında - Avropanın ən yüksək zirvələrindən olan Matterhornda korona virusuna (Kovid-19) qarşı mübarizəni dəstəkləmək üçün əks olundu

1405473
Türkiyə bayrağı Avropanın ən yüksək zirvələrində

 

  Türkiyə bayrağı İsveçrədə Alp dağlarında - Avropanın ən yüksək zirvələrindən olan Matterhornda korona virusuna (Kovid-19) qarşı mübarizəni dəstəkləmək üçün əks olundu.

  Türkiyənin İtaliya sərhəddində yerləşən, 4788 metr yüksəklikdə olan bu məşhur dağda əks olunan ay-ulduzlu bayrağı görənlər heyran qaldı.

  Zermatt Turizm İdarəsinin verilən məlumata görə, “Covid-19”la mübarizə ilə əlaqədar ölkələrlə həmrəylik nümayiş etdirmək üçün bu dəfə dağın üzərində Türkiyə bayrağı göstərilib.

  İsveçrə dağlarının zirvəsindən ecazkar ay-ulduzlu Türkiyə bayrağının görüntüsü sürətlə sosial medianın baş paylaşımları olub.

  Qeyd edək ki, korona virusuna qarşı mübarizəni dəstəkləmək üçün fərqli günlərdə Matterhorn zirvəsində müxtəlif ölkələrin bayraqları əks etdirilir.

 



Әlaqәli Xәbәrlәr