"Bizim üçün Çanaqqala ruhu nədir?" R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Quru Döyüşlərinin 105-ci ildönümü ilə münasibətilə mesaj paylaşaraq yazıb...

1405301
"Bizim üçün Çanaqqala ruhu nədir?" R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Quru Döyüşlərinin 105-ci ildönümü ilə münasibətilə mesaj paylaşaraq yazıb: “Çanaqqala Quru Müharibəsinin 105-ci ildönümündə Vətəni və bayrağını müdafiə edən əsgərlərin qəhrəmanlığını, millətimin fədakarlığını minnətdarlıqla yada salır, əbədiyyətə qovuşan qazi və şəhidlərə rəhmət diləyirəm.

  Xalqımız üçün Çanaqqala ruhu ən çətin şərtlərdə belə səfərbərlik içində işğalçılara qarşı durmaq, azadlıq uğrunda mübarizə aparmaq, qələbəyə inanmaq, hədəfə birlik və həmrəylik içində getmək deməkdir. Əzəldən bəri hürr yaşayan bir millət hər hansı savaş və hücuma boyun əyməz.

  Tariximiz boyu məqsədimiz həmişə müstəqilliyimizi qorumaq və sülh olub. Bütün çətinliklərə və sıxıntılara baxmayaraq, müharibə, terror, zorakılıq əvəzinə sülh, əmin-amanlıq və insan dəyərlərini özündə qoruyan bu mübarizəni hər zaman davam etdirmək əzmindəyik.

  Sülh çağırışımızı bir daha təkrarlayırıq: biz həm yeni müharibələrin qarşısını almaq və barışa üstünlük verməyə çalışır, həm də gələcək nəsillərin sahib olduqları Çanaqqala ruhunu qorumalarını istəyirik.

  Bütün qəhrəmanları, xüsusən də Çanaqqalada böyük rəşadət nümayiş etdirmiş Qazi Mustafa Kamal Atatürkü minnətdarlıqla yad edirik.”



Әlaqәli Xәbәrlәr