Türkiyə prezidenti xalqla birlikdə İstiqlal Marşını oxudu

... Çıxışından sonra yerli vaxtla saat 21.00-da Türkiyə prezidenti və milyonlarla insan evlərinin balkonlarından coşğuyla milli himni - İstiqlal Marşını oxudular

1404209
Türkiyə prezidenti xalqla birlikdə İstiqlal Marşını oxudu

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin birlik, bərabərlik, qardaşlıq və həmrəylik anlayışı üzərində inşa edildiyini söylədi.

  23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ilə Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümü münasibətilə xalqa xitab edən Ərdoğan çıxışına respublikanın qurucusu Qazi Mustafa Kamal Atatürk, silahdaşları və bütün şəhidləri rəhmət və minnətlə yad etməklə başladı.

  Türkiyə prezidenti dedi: "Tam bir əsr əvvəl paytaxt Ankarada açılan Böyük Millət Məclisimiz vətənimizin işğal edildiyi bir dövrdə millətimizin və dövlətimizin azadlıq mübarizəsinin mərkəzi oldu. Türkiyə Cümhuriyyəti birlik, bərabərlik, qardaşlıq və həmrəylik anlayışı üzərində inşa edildi. 23 Aprel demokratiyanın, milli iradənin, dövlət suverenliyinin ən mühüm simvoludur. Mərhum Məmməd Akif Ərsoy İstiqlal Marşımızı qələmiylə deyil, ürəyinin hər zərrəsindən qopub gələn vəcdlə yazmışdır.

  23 Aprel həm də Türkiyə xalqının övladlarına verdiyi dəyərin, gənclərinə güvəninin bir timsalıdır.”

  Ərdoğan türk dünyası və bütün İslam aləminin bu gecə ilk təravih namazını edib ilk sahurunu edəcəyi Ramazani-Şərif münasibətilə də təbrik etdi.   

  Çıxışından sonra yerli vaxtla saat 21.00-da Türkiyə prezidenti və milyonlarla insan evlərinin balkonlarından coşğuyla milli himni - İstiqlal Marşını oxudular. Bu anlar bütün televiziya kanalları ilə canlı olaraq yayımlandı.



Әlaqәli Xәbәrlәr