"Hamınızı 23 Aprel saat 21:00-da balkon və pəncərələrdən İstiqlal Marşımızı oxumağa səsləyirəm"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ölkə parlamentinin 100 yaşı münasibətilə təbrik mesajı paylaşaraq deyib

1403658
"Hamınızı 23 Aprel saat 21:00-da balkon və pəncərələrdən İstiqlal Marşımızı oxumağa səsləyirəm"

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ölkə parlamentinin 100 yaşı münasibətilə təbrik mesajı paylaşaraq deyib: “Məclis 23 aprel 1920-ci ildə Türkiyə xalqının gələcəyini təyin etmək istəyi və inamı ilə açıldı. İşğalçı düşmənlərə qarşı müstəqillik və azadlıq məşəlini yandıran parlamentimizin açılmasının 100 ilidir. Bu günə qədər Türkiyə Böyük Millət Məclisinin açılışını ölkənin daxili və xaricində böyük coşğu və həyəcanla keçirmişik. Ancaq bu il Milli Suverenlik və Uşaq Bayramlarını “Covid-19” virusuna qarşı apardığımız mübarizə tədbirlərilə əlaqədar evlərimizdə qeyd etməyə məcbur olsaq da, Türkiyənin əbədiyyətə qədər ən güclü şəkildə azad və müstəqil yaşamasına inam və iradəmizi ifadə edəcəyik.

  Hər kəsi 23 Aprel cümə axşamı günü yerli saatla 21:00-da balkon və pəncərələrdən İstiqlal Marşımızı oxumağa səsləyirəm. Hürriyyət və istiqlala olan eşqimizi milli himnimizi ən gur şəkildə söyləyərək göstərək.

  Türkiyə Böyük Millət Məclisinin 100 illik yubileyi münasibətilə bütün vətəndaşlarımızı Milli Suverenlik və Uşaq Bayramları münasibətilə təbrik edir, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, cənnət vətənimizin azadlığı və müstəqilliyi üçün borclu olduğumuz parlamentimizin bütün qurucuları, şəhidlərimiz, qazilərimiz və böyüklərimizi rəhmət, minnət və şükürlərlə yad edirik.”



Әlaqәli Xәbәrlәr