"Suriya və Liviya mövzuları ilə bağlı fəaliyyətlərimiz davam edir", F.Altun

Fǝxrǝddin Altun Türkiyənin həm ölkə daxilində,  həm də ölkə xaricində "Covid-19" ilə mübarizə apararkən, xarici siyasət məsələlərilə bağlı fəaliyyətlərini davam etdirdiyini bildirib.

1402532
"Suriya və Liviya mövzuları ilə bağlı fəaliyyətlərimiz davam edir", F.Altun

Prezident Aparatının İctimaiyyǝtlǝ Әlaqǝlǝr İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun Türkiyənin həm ölkə daxilində,  həm də ölkə xaricində "Covid-19" ilə mübarizə apararkən, bir tərəfdən də Suriya, Liviya və Egey dənizi kimi xarici siyasət məsələlərilə bağlı fəaliyyətlərini davam etdirdiyini bildirib.
Fəxrəddin Altun şəxsi "twitter" səhifəsindəki paylaşmasında prezident Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi Suriya rejiminin mövcud vəziyyətdən istifadə etməyə cəhd göstərdiyini diqqətə çatdırıb.
Altun "Türkiyə 5 martda Rusiya ilə əldə etdiyi razılaşmaya sadiq qalmağa davam edərkən, rejim təxribatçılığını davam etdirir. Ancaq Suriyada Bəşər Əsəd rejiminin İdlibdəki pozuntularına icazə verməməkdə qətiyyətliyik. Bu bölgədə heç bir terror qrupunun mövcudluğuna icazə verməyəcəyik" ifadəsini işlədib.
Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq birliyin Liviyadakı qanuni hökuməti dəstəkləməsinin vacibliyini  bir daha xatırlatdığını vurğulayan Altun "Üsyançı Hafter güclərinə qarşı qanuni Liviya hökumətinin son zamanlarda əldə etdiyi üstünlüklər Türkiyənin dəstəyinin bəhrəsini verdiyini göstərir. Liviya ilə əldə edilən razılaşmaya sadiq qalmağa davam edəcəyik" deyib.
Fəxrəddin Altın "Epidemiya şərtlərindən istifadə etməyə cəhd göstərən çalışan təkcə xain rejimlər və ya üsyançılar  deyil. Terror təşkilatı PKK da ölkəmizə hücum etməyə cəhd edir, lakin biz hər gün bu hücumlara mane olmağa davam edirik və fasiləsiz əməliyyatlarımızı davam etdirəcəyik" deyə qeyd edib. 



Әlaqәli Xәbәrlәr