Hulusi Akar NATO Müdafiə nazirlərinin videokonfransında iştirak etdi

Milli müdafiə naziri Hulusi Akar yeni növ koronavirusla mübarizə çərçivəsində (Covid-19) videokonfrans vasitəsilə keçirilən NATO Müdafiə nazirlərinin görüşündə iştirak edib.

1399248

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Belçikanın Brüssel şəhərindəki NATO qərargahı əvəzinə videokonfrans  şəklində ilk dəfə təşkil edilən toplantı NATO-nun baş katibi Yens Stoltenberqin çıxışı ilə başlayıb.
"Covid-19" ilə mübarizənin ələ müzakirə olunduğu konfransda çıxış edən Akar Türkiyədə görülən tədbirlərə, istifadə edilən milli imkan və qabiliyyətlərlə dost və müttəfiqlərə təmin edilən dəstəklərə toxunub.
Akar göstərilən fəaliyyətlərin və əməliyyatların isə qarşı-qarşıya olunan prosesdən təsirlənmədən davam etdiyini bildirib.
Konfransda müdafiə nazirlərinin NATO və müttəfiqləri tərəfindən görülən epidemiya ilə əlaqəli tədbirləri, epidemiyanın təhlükəsizlik böhranına çevrilməsinin qarşısını almaq üçün görülən tədbirlər, epidemiya böhranın orta və uzunmüddətli təsirləri müzakirə edilib.

Әlaqәli Xәbәrlәr