Türkiyədə komendant saatı kimlərə və nələrə aid deyil?

Korona virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində aprelin 11-i saat 00:00-dan 13-ü saat 00.00-dək Türkiyənin 30 böyük şəhəri və Zonguldak vilayətində 48 saatlıq komendant saatı elan edilib.

1395808
Türkiyədə komendant saatı kimlərə və nələrə aid deyil?

 

  Korona virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində aprelin 11-i saat 00:00-dan 13-ü saat 00.00-dək Türkiyənin 30 böyük şəhəri və Zonguldak vilayətində 48 saatlıq komendant saatı elan edilib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, iki gün davam edəcək qadağa ölkənin Ankara, İstanbul, İzmir kimi böyük şəhərləri başda olmaqla, Adana, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakir, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa rayonlarına daxil olan Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldakın bütün sakinlərinə şamil olunur.

  Nazirlik qadağalı və açıq olacaq iş yerlərinin təfərrüatlarını açıqlayıb.

  Korona virusu tədbirləri çərçivəsində 30 şəhər və Zonguldak vilayətinə 15 gün ərzində giriş və çıxışlarının müvəqqəti qadağan edilib.

  Açıq olacaq iş yerləri: çörək bişirilən sexlər, un məmulatı məhsulları satan mağazalar, aptek və tibbi ləvazimat satılan yerlər, dövlət və xüsusi səhiyyə qurum və təşkilatları, qocalar evi, reabilitasiya mərkəzləri, uşaq evləri, təcili yardım mərkəzləri, valilik və kaymakamlıq tərəfindən müəyyən olunacaq yanacaqdoldurma məntəqələri və baytarlıq klinikaları, təbii qaz, elektrik, neft sektorunun strateji müəssisələri, poçt (PTT) və dağıtım şirkətləri, heyvan sığınacaqları, fermalar, Tüpraş, istilik və təbii qaz çevirmə zavodları və b.

  Kommendant saatından azad insanlar: yuxarıda adı çəkilən müəssisə və qurumlarda idarəçilər, vəzifəli çalışanlar və işçilər, asayiş və təhlükəsizliyin təmin edilməsində məsuliyyət daşıyanlar, təcili yardım mərkəzinin işçiləri, birinci dərəcəli qohumlarının dəfn mərasimlərində iştirak edənlər, elektrik, su, təbii qaz, telekommunikasiya kimi idarələrdə çalışanlar, arasıkəsilməz təchizat sistemlərini qoruyan və qəzaları aradan qaldıran işçilər, məhsul və material daşınmasında daxili və xarici nəqliyyatın logistikasında olanlar, qəzet, radio və televiziya qurumlarında çalışanlar, qocalar evləri, reabilitasiya mərkəzləri, uşaq evləri kimi sosial müdafiə mərkəzlərində işləyənlər, poçt (PTT), yük və su paylayıcı qurumlarda çalışanlar, dəmir-polad və şüşə sənayesi müəssisələrində işləyənlər, çörəkbişirmə, soyuq məhsul anbarları kimi məcburiyyət daşıyan sektorlarda malışanlar, ziyan dəyə biləcək kənd təsərrüfatı məhsullarının yığılmasında iştirakçı olanlar, heyvandarlıq sahələri, çörək paylayan nəqliyyat vasitələri işçiləri, Qırmızı Aypara Cəmiyyətinin koordinatorluğu ilə qan bağışlayanlar.

  Komendant saatından əvvəl verilən (sağlıq və cənazə izinlərindən xaric) səyahət icazəsi olanların sənədləri bazar ertəsindən etibarlı olacaq.



Әlaqәli Xәbәrlәr