"Epidemiya ilə mübarizədə öz strategiyamızı qorumasaydıq..." F.Altun

Türkiyə Prezident Administrasiyasında "Covid-19” təcrübəsi və xəsarətlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq" adlı video-konfrans keçirilib.

1393982
"Epidemiya ilə mübarizədə öz strategiyamızı qorumasaydıq..." F.Altun

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun “Epidemiya ilə mübarizədə milli strategiyanı qorumasaydıq, bu gün ağrılı mənzərə ilə qarşılaşan digər ölkələrin vəziyyətinə düşərdik” dedi.

  Prezident Administrasiyasında "Covid-19” təcrübəsi və xəsarətlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq" adlı video-konfrans keçirilib.

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) türk və ingiliscə “youtube” kanallarından canlı yayımlanan video-konfransda açılış nitqilə çıxış edən F.Altun deyib: “Konfrans korona virusu epidemiyasıyla mübarizə aparan ölkələrdə yaşanan problemlər, görülən tədbirlər və prosesin necə idarə olunması ilə bağlı maarifləndirmə, Türkiyə elçilikləri vasitəsilə başqa ölkələrlə əlaqələri dəyərləndirmək məqsədilə təşkil edilib.

  Yer üzündə korona virusundan təsirlənənlərin sayı 1,5 milyona, həyatını itirənlərin sayı isə 100 minə çatıb.

  Güclü səhiyyə sistemlərinə malik ölkələrdə yoluxma sayları yüksək olsa belə, ölüm nisbəti minimum səviyyədədir.

  Türkiyə səhiyyə və sosial müdafiə sistemlərinə qoyduğu sərmayələrin nəticələrini görür. Belə ki, virus təhdidinə qarşı da ən yaxşı şəkildə mübarizə aparırıq.

  Türkiyə korona virusu epidemiyasının ilk günlərindən vəziyyəti yaxından təqib edib. Epidemiya ilə mübarizədə milli strategiyanı qorumasaydıq, bu gün ağrılı mənzərə ilə qarşılaşan digər ölkələrin vəziyyətində ola bilərdik.

  Türkiyənin bu müddət boyu ən böyük güvəni milli birlik və bərabərlikdir. Biz hər yerdə sülhün, iş birliyinin və həmrəyliyin hakim olması üçün bütün səylərimizi istifadə edirik.

  Qlobal epidemiya dövründə dövlətlər arasındakı münasibətlər nizamsızlığa meylli olur, amma biz öz vətəndaşlarımızı qorumaqla yanaşı bizə ehtiyac duyan ölkələrə də arxa çevirmirik."



Әlaqәli Xәbәrlәr