Türkiyə Yunanıstanın Almaniya və Fransaya göndərdiyi məktuba reaksiya bildirdi

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan baş nazirinin məktubu ilə əlaqədar yazılı şərh verib...

1391022
Türkiyə Yunanıstanın Almaniya və Fransaya göndərdiyi məktuba reaksiya bildirdi

 

  Türkiyə Yunanıstan baş naziri Kiryakos Miçotakisin Türkiyə ilə bağlı Almaniya və Fransaya göndərdiyi məktuba reaksiya göstərdi.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan baş naziri Kiryakos Miçotakisin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelə Türkiyə ilə əlaqədar göndərdiyi məktubda qaçqınların sayı üzərindən maddi dəstək təklif etməsini "son dərəcə yanlış və əxlaqa zidd anlayışın məhsulu" olaraq xarakterizə etdi.

  Hami Aksoy Yunanıstan baş nazirinin məktubu ilə əlaqədar yazılı şərh verib: “Miçotakis məktubunda Türkiyəyə maddi dəstəyin Avropaya immiqrant axınlarının azalması ilə mütənasib şəkildə edilməsini təklif edir.

  Yunanıstanın qapısına gələn sığınmaçılara bütün dünyanın gözü qarşısında tətbiq etdiyi insanlıqdan kənar və utancverici hərəkətləri hələ hafızələrdədir. Bu ölkənin indi də qaçqınların sayı üzərindən maddi dəstək təklif etməsi son dərəcə yanlış və əxlaqsız bir anlayışın məhsuludur. Türkiyə tamamilə humanist niyyətlə qonaq etdiyi 4 milyon sığınmaçıya bu günə qədər 40 milyard dollar xərcləyib.

  Avropa İttifaqının isə suriyalılar üçün Türkiyəyə vəd etdiyi 6 milyard avroluq öhdəliyin yalnız 2,7 milyardı göndərilib. Aİ Yunanıstandakı 100 min sığınmaçıya isə 3 milyard avroya yaxın dəstək verib.

  Bizim təklifimiz budur: Yunanıstan onun ölkəsində sığınacaq axtaranları qəbul edə bilər. Avropa İttifaqı buna görə maliyyə dəstəyi də yardım olar. Biz də qonşuluq prinsipinə görə Yunanıstana maliyyə dəstəyi verərik."



Әlaqәli Xәbәrlәr