“Sülh çeşməsi” bölgəsinə girməyə çalışan 24 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir

1391043
“Sülh çeşməsi” bölgəsinə girməyə çalışan 24 terrorçu zərərsizləşdirildi

 

  Separatçı terror təşkilatı YPG/PKK-dan Suriyadakı “Sülh çeşməsi” bölgəsinə girməyə çalışan 24 terrorçu Türkiyə hərbi birliklərinin əməliyyatı nəticəsində zərərsizləşdirildi.

  Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir: "Terror təşkilatı PKK/YPG-nin “Sülh çeşməsi” bölgəsindəki sülh və təhlükəsizlik atmosferini pozmaq cəhdinin qarşısı qəhrəman komandirlərimiz tərəfindən alındı. 24 PKK/YPG terrorçusu müvəffəqiyyətli bir əməliyyatla hədəflərinə çatmadan zərərsizləşdirildi."



Әlaqәli Xәbәrlәr