"Səhiyyə sisteminin dağılmasına imkan verməyəcəyik", F.Altun

“Twitter” hesabından ingiliscə paylaşdığı yazıda F.Altun deyib...

1391172
"Səhiyyə sisteminin dağılmasına imkan verməyəcəyik", F.Altun

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun, başqa ölkələrdə olduğu kimi, səhiyyə sisteminin çökməsinə imkan verməyəcəklərini bildirib.

  “Twitter” hesabından ingiliscə paylaşdığı yazıda F.Altun deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ korona virusunun (Covid-19) yayılmasının qarşısını almaq üçün bir sıra yeni tədbirlər planını açıqladı.

  Türkiyədə ilk yoluxma halı göründüyü tarixdən (10 mart) bu yana yüksək səviyyədə ciddi tədbirlər başladı. Səyahət qadağası tətbiq olundu, on minlərlə test edildi, xəstəxanalarda xəstə yerləşdirmə həcmi artırıldı, səhiyyə işçilərinə dəstək olundu, “Evdə qal” çağırışları edildi və bir sıra digər tətbiqlər icra edildi.

  Türkiyə bu virus təhdidi qarşısında qlobal həmrəylik göstərməklə bağlı da öndə gedir: ölkəmiz İtaliya və İspaniyaya tibbi yardım vəsaiti göndərdi.

  Prezident Ərdoğan ABŞ, Rusiya, İndoneziya və Əlcəzairlə koordinasiyalı çalışmaqla əlaqədar da bir sıra video-görüşlər keçirdi.

  Sağlıq sistemimizi konsentrasiya ilə dəstəkləmək üçün əlimizdən gələni edirik. Digər ölkələrdəki kimi səhiyyə sisteminin dağılmasına imkan verməyəcəyik. Səhiyyə işçilərimizə səyləri və fədakarlıqları üçün minnətdarıq. Bu çətinliyi birlikdə dəf edəcəyik."



Әlaqәli Xәbәrlәr