''Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq''

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

1387717
''Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq''

 

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma "prezident və parlament seçkilərini" tanımamağa çağırıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu ifadələrə yer verilib: ''Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi planlaşdırılan qondarma “prezident və parlament” seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan mövcud rejimin birtərəfli qaydada qanuniləşdirilməsi cəhdinin bir nümunəsidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələri də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır''.

Açıqlamada həmçinin deyilir: ''Görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” tanımır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli həll axtarılması cəhdlərini dəstəkləməyə davam edəcək”.



Әlaqәli Xәbәrlәr