Türkiyə Şimali Makedoniyanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlada bildirilir

1386915
Türkiyə Şimali Makedoniyanı təbrik etdi

 

  Türkiyə Şimali Makedoniyanın 30-cu müttəfiq olaraq NATO-ya qəbulunu təbrik etdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlada bildirilir: "Şimali Makedoniyanın Şimali Atlantika Alyansında (NATO) 30-cu müttəfiq olaraq iştirakından çox məmnunuq. Bu ölkənin NATO-ya tam üzvlüyü Balkanlarda təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib bir addımdır. Eyni zamanda bu imkan Şimali Makedoniyanın NATO-nun universal dəyərlərinin müdafiə olunmasında qabiliyyətlərini artıracaq. Türkiyə və Şimali Makedoniya arasındakı köklü dostluq və iş birliyinin ittifaq bağıyla yeni bir ölçü qazanacağına tam inanırıq."

  Qeyd edək ki, Şimali Makedoniya və NATO arasında qoşulma protokolu 6 fevral 2019-cu ildə imzalanmışdı.

  NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) 28 martda verdiyi yazılı açıqlamada Şimali Makedoniyanın bütün rəsmi proseslər bitdikdən sonra ittifaqın 30-cu üzvü olduğunu bildirib. Mrtın 30-da NATO Baş Qərargahında təşkil ediləcək mərasimlə Şimali Makedoniyanın bayrağı qaldırılacaq.



Әlaqәli Xәbәrlәr