Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ilə əlaqədar açıqlama verərək deyib: ''Virusun yayılma sürətini 2-3 dəfə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik''.

1385129

Prezident Ərdoğan  yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə və atılan addımlara toxunaraq bildirib ki,Türkiyə virusun yayılmağa başladığı  gündən bəri  prosesləri  yaxından təqib edən, zamanında  tədbirlər görən nadir ölkələrdən biridir. Səhiyyə xidmətinin  tutumu və keyfiyyəti ilə bağlı heç kimin şübhəsi olmasın. Hər növ ssenariya qarşı hazırlıqlar görülüb.

''Virusun yayılma sürətini 2-3 dəzə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik'',-deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan şəsxi ''Twitter'' səhifəsindən xalqa müraciət edərək deyib:  "Heç bir düşmən millətimizin birliyindən, bərabərliyindən və gücündən   üstün deyildir. Ümid edirəm ki, bu koronavirus təhlükəsini birlikdə dəf edəcəyik" .

Әlaqәli Xәbәrlәr