Sığınacaq axtaranlar artıq 28 gündür Yunanıstan sərhədlərindədirlər

Avropaya sığınmaq üçün Türkiyənin Edirne şəhərinə gedən qaçqınların mübarizəsi davam edir.

1384825
Sığınacaq axtaranlar artıq 28 gündür Yunanıstan sərhədlərindədirlər

Artıq 28 gündür sığınacaq axtaranlar Avropa sərhədlərindədirlər.
Avropaya sığınmaq üçün Türkiyənin Edirne şəhərinə gedən qaçqınların mübarizəsi davam edir.

Su şırnaqları, qaz bombası və güllə ilə amansızcasına müdaxiləyə baxmayaraq, Yunanıstanın qapını açacağını düşünən sığınacaq axtaranlar bir aya yaxındır gözləməkdə davam edirlər. 

Olduqları bölgənin təhlükəsizliyi və koordinasiyası üçün gözləyən yüzlərlə səhiyyə işçisi, təmizlik işçiləri və koordinasiyanın təmini üçün bölgədə növbə ilə gözləyən qurum rəhbərləri qaçqınların gözlədikləri zamanda heç bir mənfilik hiss etməmələrini təmin etmək üçün gecə-gündüz xidmət göstərirlər.
Bölgəyə gəldikləri gündən bəri Edirne valisi Əkrəm Canalpın koordinatorluğu ilə göstərilən humanitar yardım davam edir.

 



Әlaqәli Xәbәrlәr