Mövlud Çavuşoğlu ölkə xaricindəki türklər barədə məlumat verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkədən kənardakı 32 Türk vətəndaşının yeni koronavirus (Covid-19) xəstəliyindən öldüyünü bildirib.

1384766
Mövlud Çavuşoğlu ölkə xaricindəki türklər barədə məlumat verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkədən kənardakı 32 Türk vətəndaşının yeni növ koronavirus (Covid-19) xəstəliyindən öldüyünü bildirib.
Paytaxt Ankarada ölkə xaricindən gətirilən türklərlə əlaqəli son vəziyyət haqqında məlumat verən Çavuşoğlu son olaraq 11 uçuşla 8 ölkədən 2 min 721 tələbənin ölkəyə gətirildiyini və  karantində olduqlarını söyləyib.
Ölkə xaricdə 32 Türk vətəndaşının koronavirusdan həyatını itirdiyini ifadə edən Çavuşoğlu cənazələrin Türkiyəyə gətiriləcəyini qeyd edib. 
Çavuşoğlu bəzi ölkələrə göndərilən tibbi materiallar ilə əlaqədar olaraq, 69 ölkədən tibbi avadanlıq tələbi olduğunu və 17 ölkəyə göndərdiklərini bildirib.
İspaniyanın xarici işlər naziri ilə görüş keçirdiyini və Türkiyədən maska tələb etdiklərini də bildirən Çavuşoğlu tibbi cihaz dəstəyilə əlaqədar olaraq da "Beynəlxalq birliyin həmişəkindən daha çox əməkdaşlıq etməsi vacibdir" deyib.
Çavuşoğlu "Dövlət olaraq öz üzərimizə düşəni edirik, panikaya ehtiyac yoxdur, birlikdə bu prosesin öhdəsindən gələcəyik" ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr