Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 37 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 37 nəfərə çatıb.

1383625
Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 37 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 37 nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində 7 nəfər də həlak oldu, daha  293 nəfərdə yeni növ koronavirus aşkar edildi''.

Nazir Fəxrəddin Koca bu günədək 3 mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.

''Tədbirlər görməyə davam edəcəyik. Evdə qalın''-deyə səhiyyə naziri vurğulayıb.

Qeyd edək ki, Türkiyədə indiyədək virusa yoluxanların sayı 1529 nəfərə çatıb



Әlaqәli Xәbәrlәr