"Aİ-nin suriyalı qaçqınlar məsələsindəki ətaləti insanlıq vicdanına qara ləkədir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu artıq Türkiyənin NATO və Avropa İttifaqının (Aİ) sərhədlərini təkbaşına qorumağa davam edə bilməyəcəyini bildirib.

1383398
"Aİ-nin suriyalı qaçqınlar məsələsindəki ətaləti insanlıq vicdanına qara ləkədir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu artıq Türkiyənin NATO və Avropa İttifaqının (Aİ) sərhədlərini təkbaşına qorumağa davam edə bilməyəcəyini bildirib.

Çavuşoğlu ingiltərənin "Financial Times" qəzeti üçün "Aİ-nin suriyalı qaçqınlar məsələsindəki ətaləti insanlıq vicdanına qara ləkədir" başlıqlı məqalə qələmə alıb. Məqalədə Aİ-nin "İnsan hüquqları və qaydalarına əsaslanan beynəlxalq nizama hörmət kontekstində yol göstərici bir rəhbər güc movqeyində olma iddiası" ni xatırladan  Çavuşoğlu "Yunanıstanın qaçqınlara davranışı və bu məsələdə hələ də Aİ- dan dəstək görməsi ilə bağlı bir addım atılmasa bu iddia çökəcək" deyə bildirib.

Özünün uzun müddətdir Aİ-na ekstremizm, əcnəbilərə qarşı düşmənçilik, anti- islam və yəhudilərə qarşı mövqeyinə laqeyd qalmaması istiqamətində xəbərdarlıq etdiyini deyən Çavuşoğlu "Suriya kimi ölkələrindən qaçan insanların kütləvi olaraq yerlərindən edilmələri ilə mübarizə aparmaq üçün beynəlxalq nizamın yenidən müzakirə mövzusu olması çağırışını da etdik. Aİ-ni bu cür qarşıdurmaları həll etmək üçün bizə yardımçı olmağa israrla çalışdıq. Əgər bu fəlakətlər kökündən həllini tapmazsa hər kəs acı çəkəcək. Necə ki, Suriya savaşının baş verməsi ilə başlayan hadisələr zəncirinin son halqası Aİ-nin məsələni tam olaraq anlayaraq çarə yolları göstərməkdə zərrə qədər də yol qət etmədiyini göstərdi" deyə bildirib.

Suriyada qarşıdurmaların başlanmasından 9 il sonra İdlibin 3,5 milyon sakininin taleyin ümidinə buraxıldığı, "yeni bir Qəzza"ya çevrildiyini deyən Çavuşoğlu 2018-ci ildə təsis edilən Gərginliyi Azaltma Bölgəsinin Rusiya və İran tərəfindən dəstəklənən Suriya rejim qüvvələrinin sıx hücumuna məruz qaldığını və keçən ilin may ayından bu yana BMT-nin məlumatlarına görə 1700-dən çox insanın öldürüldüyünü xatırladıb.

Fevral ayında Türkiyə əsgərlərinə hücum edildiyində Türkiyənin güclü qarşılıq verərək "bir NATO ölkəsinə hücum etmənin nəticələrini" göstərdiyini ifadə edən nazir Çavuşoğlu "Ancaq İdlibə hucumları dayandırmadığımız və qarşıdurmaların sona çatmasından öncə 1 milyon insan NATO-nun və Aİ-nin cənub-şərqdəki sərhədi təşkil edən Türkiyə -Suriya sərhədinə doğru hərəkət etmişdi. Hazırda 3,6 milyon suriyalıya ev sahibliyi edirik. Bundan əlavə, Suriyadakı 5,5 milyon suriyalıya da birbaşa və dolayısı ilə yardım edirik" deyə ifadə edib.

Bu vəziyyətin bugünə qədər Türkiyəyə 40 milyard dollardan çox başa gəldiyini deyən Çavuşoğlu "Təkcə ötən il qeyri-qanuni yollarla qaçqın kimi ölkəmizə keçməyə çalışan 455 min insanı təhlükəsizlik qüvvələrimiz dayandırıb. Bu şəraitdə NATO və Aİ -nin sərhədlərini təkbaşına qorumağa artıq davam edə bilmərik" deyə ifadə edib.

Ortaq qonşuluq şəraitindəki bir çox ölkənin "alovlar içərisində" olduğunu vurğulayan Çavuşoğlu bu durumun İkinci Dünya müharibəsindən bu yana ən böyük köç dalğasından əlavə iqtisadi və ekoloji fəlakətlərə də yol açdığını deyib.

Çavuşoğlu məqaləsini "Türkiyə və Aİ bu problemləri müzakirə etmək üçün ortaq məxrəci tapmaga məcburdur. Əgər Aİ həqiqətən geosiyasi bir birlik olmaq istəyirsə bu yolu izləməlidir" ifadələri ilə yekunlaşdırıb.



Әlaqәli Xәbәrlәr