“Qanuni” ən qısa zamanda işə başlayacaq”, F.Dönmez

“Twitter” hesabından verdiyi məlumatda F.Dönmez deyib...

1378517
“Qanuni” ən qısa zamanda işə başlayacaq”, F.Dönmez

 

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz "Qanuni" adını verdikləri üçüncü qazma gəmisinin 15 martın səhəri Taşucu Mersin sahillərindəki limana çatdığını bildirdi.

  “Twitter” hesabından verdiyi məlumatda F.Dönmez sözügedən mövzu ilə bağlı deyib:

  “Şərqi Aralıq dənizində hidrokarbon axtarış-arama və qazma fəaliyyətlərinin daha güclü şəkildə davam etməsi üçün üçüncü qazma gəmimizi 31 yanvarda təhvil alaraq Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) invertarına daxil etdik.

  Baxım, tədarük və test əməliyyatlarının Birləşmiş Krallıq tərəfindən tamamlanmasından sonra Türkiyəyə doğru yola düşən “Qanuni” gəmisi 13 martda Şərqi Aralıq dənizindəki limana yön aldı, ayın 15-də Taşucu Mersin sahillərində lövbərini atdı.

  35 personalıyla Türkiyəyə daxil olan “Qanuni” gəmisinə korona virusu tədbirlərilə bağlı giriş və çıxışlar qadağandır. “Covid-19” tədbirləriylə əlaqədar müddət tamamlandıqdan sonra gəmimizdə təkrar baxım işləri olacaq.

  “Qanuni” gəmisi yeni ultra dərin dəniz qazmalarına ən qısa zamanda başlayacaq.”



Әlaqәli Xәbәrlәr