AP: “Türkiyə ilə əlaqələrə yenidən baxılmalıdır”

Avropa Parlamenti (AP), Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlıq sahələri və əlaqələrə yenidən baxılması mövzusunda deputatlara çağırış etdi.

1377810
AP: “Türkiyə ilə əlaqələrə yenidən baxılmalıdır”

Avropa Parlamentinin Rəsmi internet saytında “Türkiyə-Avropa İttifaqı” başlığı ilə əks edən açıqlamada: “Türkiyə və Avropa İttifaqı arasında on illərdir NATO üzvlüyü və ticarət başda olmaqla bir çox sahədə məhsuldar əlaqələr oldu. Cərəyan edən proseslər AP deputatlarının Türkiyə-Aİ əlaqələrinə təkrar baxmalarını göz önünə sərir. Xatırlamalıyıq ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən sonra 3,6 milyon qədər qaçqın Türkiyəyə sığındı. Türkiyənin ümumdünyada ən çox miqranta ev sahibliyi edən ölkə olduğu, həmçinin Türkiyə və Aİ arasında “18 Mart köç müqaviləsi” imzalandıqdan sonra Avropaya qeyr-qanuni yollardan daxil olan miqrant sayında azalma olduğu gözdən yayındırılmamalıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Aİ-nin verdiyi sözləri yerinə yetirmədiyi fikrindən müdafiə edərək Yunanıstan sərhədini açacağını hər fürsətdə səsləndirdi. 2016-cı ilin sonunda Aİ Komissiyası Türkiyə ilə Gömrük Birliyi razılaşmasını yeniləyəcəyini açıqladı, baxmayaraq şura hələ də buna səlahiyyət verməyib. Gömrük Birliyi sazişi, danışıqlar tamamlandıqdan sonra Avropa parlamentinin təsdiq etməsi nəticəsində yenilənəbilər. Aİ, Türkiyənin ən böyük ixrac bazarı hesab eyni zamanda Türkiyə Aİ-nin həm ixrac, həm də idxalat baxımından ən böyük 5-ci ortağı hesab edilir”-deyə AP-nin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, AP üzvləri bir sıra qeyri rəsmi qərarlar qəbul edərək Türkiyə ilə əlaqələrin dayandırılmasını tələb etmişdilər.



Әlaqәli Xәbәrlәr