“Müqavilənin çatışmayan cəhətləri var, ona görə...”

R.T.Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen ilə üçlü toplantıda bir araya gəlib.

1375119
“Müqavilənin çatışmayan cəhətləri var, ona görə...”

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen ilə üçlü toplantıda bir araya gəlib.

  Aİ Şurasının mənzil-qərargahında mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

  Ursula von der Leyen görüşdən sonra verdiyi açıqlamada bildirib: “Türkiyə ilə Aİ arasında miqrantlar mövzusunda 2015-ci il martın 18-də qəbul edilən razılaşmanın çatışmayan cəhətlərinin necə tamamlanacağını müzakirə etdik… Yunanıstan sərhədində qaçqınlara qarşı kobud müdaxilələrə gəlincə, ifrat səviyyədə gücdən istifadə qəbuledilməzdir".

  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə Türkiyənin xarici işlər naziri ilə Aİ-nin ali nümayəndəsi Cozef Borellinin 18 mart müqaviləsilə əlaqədar fəaliyyətləri davam etdirəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr