Onların Avropaya getmək üçün hələ də ümidləri var

Başda İstanbul olmaqla bir çox şəhərdən Edirnəyə gələn qaçqınların Avropaya keçmək üçün apardığı mübarizə davam edir.

1374720
Onların Avropaya getmək üçün hələ də ümidləri var
edirne siginmacilar.jpg
edirne siginmacilar.jpg

Başda İstanbul olmaqla bir çox şəhərdən Edirnəyə gələn qaçqınların Avropaya keçmək üçün apardığı mübarizə davam edir.
Qaçqınlar qurudan daha çox çay keçidlərindən istifadə edirlər.
Sığınacaq axtaranların bir hissəsi Yunanıstanın sərhəd-keçid məntəqələrini açacağına ümid edərək Pazarkule - Kastanis sərhəd qapıları və yaxınlıqdakı meşəlik ərazilər arasındakı neytral zonada gözləməkdə davam edirlər.
Gecəni burada qurduqları çadırlarda keçirən 3 mindən çox qaçqın çətin şəraitdə mübarizə aparır. Gecələri soyuq hava şəraiti uşaqları olan ailələrə daha çox təsir edir.
Edirne Valiliyinin koordinasiyasında Vilayət Miqrasiya İdarəsi, qaçqınlara gün ərzində üç dəfə yemək paylayır.
Yunanıstan təhlükəsizlik qüvvələri Kastanis sərhəd-keçid məntəqəsində ülgüclü məfilli barrikada qurur, sığınacaq axtaranlara su şırnaqlarından, zaman-zaman səs və gözyaşardıcı bombadan və zaman-zaman güllələrdən istifadə edir.
Yunanıstan sərhəd qüvvələrinin açdığı atəş nəticəsində ölüm və yaralanma faktları qeydə alınır. Daha yaxşı vurması plastik güllənin içinə sim yerləşdirilməsi Yunanıstanın vəhşiliyini göstərir.



Әlaqәli Xәbәrlәr