Meriç sərhədinə min qədər xüsusi təyinatlı polis cəlb olundu

Yunan polisinin miqrantları geri qaytarmasının qarşısını almaq üçün Meriç sərhədinə min nəfərdə ibarət xüsusi təyinatlı polisi cəb olundu. Bu barədə Daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.

1372769
Meriç sərhədinə min qədər xüsusi təyinatlı polis cəlb olundu

Soylu Ədirnədə Türkiyə-Yunanıstan sərhədində helikopter ilə tədqiqat apardıqdan və şəhər icra hakimiyyətində vəziyyətə dair məlumat aldıqdan sonra mətbuat konfransı təşkil edib. O: “Sərhədləri açtıqdan sonra Ədirnə şəhərindən Yunanıstana keçənlərin sayı 139 min 70-ə çatıb. Ancaq Yunanıstanda ailələrin keçişinə mane olmaq üçün uşaqlara zorakılıq tətbiq edilir. Eləki müdaxilələr nəticəsində 3 miqrant həyatını itirib, 164-ü yaralanıb. Yunanıstan 2019-cu ildə 7 min 300 və 2018-də isə 7 min 600 Fetullahçı Terror Təşkilatı üzvünü könüllü qəbul etdi. Lakin buna biganə qalanlar bu gün qanunlar çərçivəsində sığınacaq tələb edənlərə humanitar qaydalara tamamilə zidd rəftar sərgiləyirlər. Onları geri qaytarmağa çalışırlar. Bunun qarşısını almaq üçün bu gün səhər radələrindən etibarən Meriç sərhəddinə min nəfərdən ibarət təchiz olunmuş xüsusi təyinatlı qüvvəl cəlb olundu. Beləcə öz sərhədlərimizi qorumaq və qaçqınların geri qaytarılmasının qarşısı alınacaq üçün lazımlı tədbirləri həyata keçirdik”-deyə Soylu vurğulayıb.

Avropaya getmək istəyən sığınacaq axtaranlar isə Meriç çayı üzərindən Yunanıstana keçməkdə davam edirlər.

Qeyd edək ki, Aydın vilayətinin Quşadası rayonunun sahil sularında Yunan dəniz mühafizə qüvvələri tərəfindən irəliləyişlərinə mane olunan və zorakılıqla Türkiyə sahilinə istiqamətləndirilən 3 qayıqda olan 130 qaçqın Türkiyə dəniz mühafizə dəstələri tərəfindən xilas edildi.



Әlaqәli Xәbәrlәr