Süleyman Soylu Yunanıstanın miqrantlara müdaxiləsinə sərt reaksiya verdi

Daxili İşlər naziri Süleyman Soylu Edirnə Pazarkulə  sərhəddində miqrantların birinin həyatını itirməsi və 5-nin yaralanmasına səbəb olan Yunan təhlükəsizlik qüvvələrinin zorakılığına sərt reaksiya verdi.

1371899
Süleyman Soylu Yunanıstanın miqrantlara müdaxiləsinə sərt reaksiya verdi

Soylu sosial media hesabından mövzu ilə bağlı açıqlama yayıb. O: “Yunan təhlükəsizlik qüvvəlirinin zorakılığının milyonda birini Türkiyə etsə həm Avropa, həm də Avropanın Türkiyədəki misyaları qiyam edərdi. Yunanıstan Avropa və beynəlxalq qaydaları tapdalayır. İnsan hüquqları pozuntularına davam edir. Avropa İttifaqı isə buna biganə qalır. Yunanıstanı cürətləndirən isə alyansın bu səssizliyidir”.

Yunanıstanın bir aya dək yeni miqrant müraciəti qəbul etməyəcəyinə də münasibət bildirən Soylu qeyd edib ki, bu qərar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ifadə etdiyi kimi 1951-ci il Cenevrə Konvensiyasına və Avropa İttifaqının qaçqınlar qanununa ziddir. Bu utanc verici qərar heç bir qanun ilə üst-üstə gəlmir.

Daxili İşlər naziri Soylunun sözlərinə görə Türkiyədən çıxan və Yunan ərazilərinə keçən immiqrant sayı bu gün etibariylə 135 min 844-ə çatıb.



Әlaqәli Xәbәrlәr