Ceyms Cefri : “ABŞ Türkiyəyə sursat dəstəyinə hazır”

Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ölkəsinin Türkiyəyə sursat dəstəyinə hazır olduğunu bildirib.

1371359
Ceyms Cefri : “ABŞ Türkiyəyə sursat dəstəyinə hazır”

Ceyms Cefri və ABŞ-ın Ankara səfiri David Satterfıeld, Hatay vilayətində Əsəd rejiminin zülmündən qaçaraq Türkiyəyə gələnlərin qaldığı düşərgəni ziyarəti zamanı jurnalistlərə açıqlama verib.

Cefri jurnalistlərin ünvanladıqları “NATO tərkibində Türkiyəyə necə dəstək ola bilərsiniz” suala cavabən: “Türkiyə NATO üzvüdür. Türk Silahlı qüvvəlirinin istifadə etdiyi surat və texnikaların əksəriyyəti Amerika mənşəlidir. Zərurət olması halında bu sahədə lazımlı dəstəyi verməkdə hazırıq”-deyib.

Suriya rejiminin İdlibdəki hücumlarının iblisvari olduğunu ifadə edən Cefri Rejimin milyonlarla insanın İdlibdən çıxarılması üçün əxlaqsız siyasət izlədiyini və bölgədə əhali quruluşunu dəyişdirməyi planlaşdırdığını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr