Ərdoğan ABŞ, İran, Fransa başçıları ilə telefonda gərgin danışıqlar apardı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya ilə bağlı bir sıra məsələləri müzakirə edib ki, bura “Patriot” müdafiə sisteminin satılması mövzusu da daxil olub.

1369254
Ərdoğan ABŞ, İran, Fransa başçıları ilə telefonda gərgin danışıqlar apardı

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya ilə bağlı bir sıra məsələləri müzakirə edib ki, bura “Patriot” müdafiə sisteminin satılması mövzusu da daxil olub. Bu barədə məlumatı Ağ Evdə yeni tip korona virusu növü olan “Covid-19”la əlaqədar tədbirlər planı ilə bağlı təşkil edilən mətbuat konfransında D.Tramp gündəmə bağlı sualları cavablandırarkən deyib.

  Türkiyə prezidenti R.T.Ərdoğan İran prezidenti Həsən Ruhani ilə də telefonda danışıb və İdlib başda olmaqla regional məsələlər və ikitərəfli əlaqələri müzakirə edib.

  Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə (Charles Michel) də telefonda danışıb. Onlar İdlibdə dərinləşən humanitar böhran, bunun regiona təsirləri, Suriya hökumətinin təcavüzünə qarşı kollektiv və qərarlı mövqe ortaya qoyulması məsələlərini müzakirə ediblər.  

  Türkiyə prezidenti fransalı həmkarı Emmanuel Makronla da telefonda eyni mövzulardan danışıb, Suriya böhranı, mühacir məsələsi, Türkiyə-Fransa əlaqələri və regional məsələlərə diqqət yetirməyə çağırıb və bildirib ki, NATO-da ittifaq həmrəyliyi yalnız sözdə deyil, əməldə də açıq və konkret olmalıdır. Suriyada hökumət hücumları dayandırmazsa, humanitar böhran dərinləşəcək, Türkiyənin Suriya sərhədində mühacir sıxlığı yaranacaq və təbii olaraq Türkiyə onların Avropa sərhədlərinə yol almasının qarşısını ala bilməyəcək. Ərdoğan onu da vurğulayıb ki, mühacirlər mövzusunda Avropa İttifaqı və üzv ölkələr beynəlxalq öhdəliklərə riayət etməli, ədalətli yük və məsuliyyət paylaşımı etməklə Türkiyəyə dəstək olmalıdır. Türkiyə 4 milyondan çox qaçqına ev sahibliyi edir, 1,5 milyon insan isə sərhədlərə doğru gəlir. Yerlərindən-yurdlarından edilmiş suriyalılar Avropadan konkret həll təklifləri və dəstək gözləyir.



Әlaqәli Xәbәrlәr