Türkiyə və Rusiya nümayəndə heyətlərinin Ankarada üçüncü fövqəladə iclası keçirildi

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə...

1368902
Türkiyə və Rusiya nümayəndə heyətlərinin Ankarada üçüncü fövqəladə iclası keçirildi

 

  İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin fevralın 28-də Ankarada növbəti görüşü keçirilib.

  Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya tərəfinin tələbilə keçirilən görüşdə dərhal atəşkəsin elan edilməsi, gərginliyin azaldılması və rejimin Soçi razılaşması üzrə sərhədlərə çəkilməsi məsələləri müzakirə olunub.

  Türkiyə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfinə isə Rusiya Prezident Aparatının Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq edib.

  Rusiya və Türkiyə heyətləri arasındakı görüşdən sonra Rusiya heyəti paytaxt Ankaradan ayrılıb.

  Xatırladaq ki, Türkiyə və Rusiya nümayəndə heyətləri bundan əvvəl Ankara və Moskvada, 2-3 gün əvvəl isə Ankarada İdliblə bağlı təkrar müzakirələr aparıblar. Üçüncü dövr görüşü isə fevralın 28-də Ankarada Xarici İşlər Nazirliyində reallaşıb.



Әlaqәli Xәbәrlәr