Türkiyə bu ölkələrə viza rejimi tətbiqini ləğv etdi

Türkiyə daha 5 Avropa ölkəsinə tətbiq etdiyi viza rejimini ləğv etdi.

1368070
Türkiyə bu ölkələrə viza rejimi tətbiqini ləğv etdi

Xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy mövzu ilə bağlı açıqlama verib. O: “ Xorvatiya, İrlandiya, Malta, Portuqaliya və Norveç vətəndaşlarına viza rejimi tətbiqinə son qoyuldu. Bununla bağlı qərar 2 Martda qüvvəyə minəcək. Qərara görə bu ölkə vətəndaşları hər 180 gündə bir vizasız Türkiyəyə səyahət edəbiləcəklər.”

Aksoy qərarla başda turizm potensialı olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin məqsəd götürüldüyünü bildirib.

Qeyd edək ki, Aksoy 20 fevralda isə Avstriya, Belçika, Hollandiya, İspaniya, Polşa və İngiltərə vətəndaşlarına viza rejimi tətbiqinə son qoyulduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr