Türkiyə Xocalı qətliamını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınadığını bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Türkiyə  Xocalı qətliamını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınadığını bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ermənistan silahlılarının 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 mülki azərbaycanlı qəddarcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Mindən çox insan Ermənistan tərəfindən əsir götürülüb. İtkin düşənlərin taleyi barədə hələ də məlumat yoxdur. Mülki əhaliyə qarşı törədilən insanlığa yaraşmayan bu faciə daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq ölkələrində qaçqın kimi yaşamaqdadır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. 

Açıqlamada deyilib ki, Xocalı qətliamını və Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanmasını kəskin şəkildə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən bölüşürük.  Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına ən səmimi başsağlığı diləklerimizi bir daha təqdim edirik. 

 



Әlaqәli Xәbәrlәr