Ərdoğan partiyasının qrup iclasında çıxış etdi

Türkiyə Suriyalıların öz torpaqlarında sülh mühitində yaşamalarını istəyir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan partiyasının qrup iclasında çıxış etdi

Prezident Rəcəb Tayyıb Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında çıxış edib.

Suriyanın İdlib bölgəsində cərəyan edən hadisələrə münasibət bildirən Ərdoğan yaşanan humanitar böhranın qarşısını almaq üçün hər yolu sınadıqlarını və hazırda əsas məsələnin bölgədə hava məkanından istifadə edəbilməmək olduğunu bildirib və bu məsələnin yaxında öz həllini tapacağına inandığına diqqət çəkib. Türkiyənin əsas məqsədinin Suriyada Əsəd rejiminin hücumlarını dayandırmaq, Türkiyənin idlibdəki hərbi müşahidə nöqtələrindəki varlığını davam etdirmək olduğunu ifadə edən prezident Rusiyanın humanitar həssaslığı qəbul etmək istəmədiyini, ancaq Türkiyənin bölgədəki hərbi müşahidə nöqtələrini əhatə edənlərə verilən möhlətin sona çatmaq üzrə olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr