"Çox güman ki, Putinlə bir neçə günə İstanbulda görüşəcəyik", R.T.Ərdoğan

Fevralın 25-i Azərbaycandakı görüşlərdən sonra vətənə dönərkən Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb..

"Çox güman ki, Putinlə bir neçə günə İstanbulda görüşəcəyik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə böyük ehtimalla İstanbulda 5 martda bir araya gələcəklərini söylədi.

  Fevralın 25-i Azərbaycandakı görüşlərdən sonra vətənə dönərkən Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.  

  "Suriyanın İdlib bölgəsilə əlaqədar dördlü (Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə) zirvə toplantısı olacaqmı?" sualına Ərdoğan belə cavab verib: "Dördlü zirvə toplantısı mövzusu bu gün qəti deyil. Çünki Rusiya prezidenti Vladimir Putin “Görüşü biz ikimiz keçirsək daha məqsədəuyğun olar” təklifini edincə mən də dedim: “Bu da ola bilər, dördlü də”. İdlibdə bizim ikimizin qərarı böyük əhəmiyyət ifadə edir. Bu görüşün təxminən 5 martda olması gözlənilir. Yer isə böyük ehtimalla İstanbul olacaq.

  Paytaxt Ankaraya gələn Rusiya heyətilə görüşün nəticəsindən sonra biz yenə telefon diplomatiyasını davam etdirəcəyik.

  Türkiyə ilə Rusiya arasında 2018-ci ildə bağlanılan Soçi Müqaviləsinə əsasən Bəşər Əsəd tərəfindən Türkiyə əsgərinin olduğu məntəqələrə hücumlara icazə verməyəcəyik.

  Amerika Birləşmiş Ştatlarının prezidenti dəstək sözü versə də, hələ bu icra olunmayıb, bu mövzuda Trampla bir daha danışacağıq. Belə ki, ABŞ bizə “Patriot” havadan müdafiəetmə sistemi göndərərsə, alacağıq."



Әlaqәli Xәbәrlәr