Xarici İşlər Nazirliyindən Avropa ölkələrinə xəbərdarlıq

Avropada irqçi terror hücumlarına qarşısının lazımlı addımlar atılmazsa daha dəhşətli və ciddi problemlərlə qarşı-qarşıya gəlinəcək. Bu Türkiyə Xarici İşlər Nazirliyindən irqçiliyə dair açıqlamasında deyilib.

1363297
Xarici İşlər Nazirliyindən Avropa ölkələrinə xəbərdarlıq

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı şərhində dünən axşam Almaniyanın Hanau şəhərində həyata keçirilən xain hücuma toxunulub. Bunun irqçilik və islamofobiyanın yeni və ağır təzahürü olduğuna diqqət çəkilib. Belə faktları fərdi hücumlar olaraq qəbul etməyin mümkün olmadığı qeyd edilib.

Nazirliyin şərhində: “Avropada artan ksenofobiyaya qarşı mübarizədə ciddi addımların atılmaması irqçi hücumlara hər keçən gün yenilərinin əlavə olmasına gətirib çıxarır. Daha bu hücumları dayandırmağın vaxtı gəlib çatıb. Əks təqdirdə irqçilik və ksenofobiya daha ciddi səviyyələrə qalxacaq. Belə təhlükəli vəziyyət ilə qarşılaşmamaq üçün bütün Avropa ölkələri irqçilik və ksenofobiya əleyhinə birləşib və əməkdaşlıq çərçivəsində lazımlı tədbirləri həyata keçirməlidilər. Xatırladaq ki, Almaniyanın Hanau şəhərində gecə radələrində 2 kafeyə təşkil edilən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib ölənlərin arasında Türklər də var.

Xain hücumlardan sonra həyata keçirilən əməliyyat nəticəsində hücumu törədən 43 yaşlı irqçi terrorçu Tobias R. və onun 72 yaşlı anası evdə ölü tapıldı.



Әlaqәli Xәbәrlәr