"Türkiyə Liviyada qanuni hökuməti dəstəkləməkdə davam edəcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Liviyada bu ölkənin qanuni hökuməti olan Tripoli rəhbərliyinin yanında olmağa davam edəcəyini bildirib.

1362550
"Türkiyə Liviyada qanuni hökuməti dəstəkləməkdə davam edəcək", R.T. Ərdoğan

“Türkiyə Liviyada bu ölkənin qanuni hökuməti olan Tripoli rəhbərliyinin yanında olmağa davam edəcək”.

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisi (TBMM) Qrup Yığıncağında etdiyi çıxışda deyib.

"Ölkəmiz Liviyaya ayaq basan kimi üsyançı Hafterin  irəliləyişi əsasən dayanmışdı. Beynəlxalq birliyin iştirak etdiyi danışıqlarda ədalətli bir razılaşma əldə edilməyəcəyi təqdirdə qanuni Tripoli rəhbərliyini ölkənin hər yerində hakimiyyət qurması üçün dəstəkləyəcəyik"-deyə Ərdoğan bildirib.

Çıxışında Türkiyənin Aralıq dənizindəki qətiyyətli mövqeyinin qəbul edilməyə başlandığını da ifadə edən prezident "Aralıq dənizində Liviya ilə qəbul etdiyimiz razılaşmadan sonra tədricən dəyişən tarazlıqları ölkəmizin xeyrinə gücləndiririk. Avropa İttifaqının (Aİ) Liviya ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu mövzuda qətiyyətli mövqe sayəsində Aralıq dənizində elan etdiyimiz status, Yunanıstan başda olmaqla müdaxilə edən ölkələr tərəfindən qəbul edilməyə başlandı" deyib.



Әlaqәli Xәbәrlәr