Mövlud Çavuşoğlu Suriya Kürd Milli Şurasının üzvlǝri ilǝ görüşüb

Bu barǝdǝ Mövlud Çavuşoğlu şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.

1362605
Mövlud Çavuşoğlu Suriya Kürd Milli Şurasının üzvlǝri ilǝ görüşüb

 

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu Suriya Kürd Milli Şurasının üzvlǝri ilǝ görüşüb.

Bu barǝdǝ Mövlud Çavuşoğlu şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.

O, Ankarada sǝfǝrdǝ olan Suriya Kürd Milli Şurasının üzvlǝri ilǝ görüşdüyünü vurğulayıb.

‘‘Suriyalı kürdlǝrin qanuni tǝmsilçisi olan Suriya Kürd Milli Şurasının üzvlǝri ilǝ görüşdük. Suriya Milli Koalisiyası daxilindǝki vǝ siyasi prosesdǝki rollarını dǝstǝklǝdik. Kürdlǝrǝ ǝn çox terror tǝşkilatı PKK/YPG-nin zǝrǝr verdiyini vurğuladıq’’,-deyǝ Türkiyǝnin xarici işlǝr naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr