Çavuşoğlu 56-cı Münhen Təhlükəsizlik Konfransında çox həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün getdiyi Almaniyanın Münih şəhərində bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirdi.

1360176
Çavuşoğlu 56-cı Münhen Təhlükəsizlik Konfransında çox həmkarı ilə görüşdü

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün getdiyi Almaniyanın Münih şəhərində bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirdi. O, ispaniyalı həmkarı Cosep Borrell Fontelles, iordaniyalı həmkarı Eymen əs-Safedi, iranlı həmkarı Məhəmməd Cavad Zərif və fransalı həmkarı Jan-İv le Drian (Jean-Yves Le Drian) ilə bir araya gəldi, Hollandiyanın xarici işlər naziri Stef Blok, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BM) daimi nümayəndəsi Kelli Qraft (Kelly Craft) və Amerikanın senatorları ilə görüşdü. Görüşlərdən sonra “twitter” hesabından etdiyi paylaşmada Çavuşoğlu yazıb: "İkitərəfli əlaqələrimizdəki aktual məsələlərlə İdlib və Liviya mövzularında fikir mübadiləsi apardıq."



Әlaqәli Xәbәrlәr