"Türkiyə terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcək" R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləyib.

"Türkiyə terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcək" R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləyib.

Ərdoğan Pakistana səfərinin ikinci günündə Pakistan Milli Məclisi və Senatının birgə iclasında etdiyi çıxışda deyib ki, Pakistan xalqının Qurtuluş Savaşımız zamanı çörəğindən artıraraq göndərdiyi yardımları unutmadıq. İndi isə Kəşmir bizim üçün eyni mənanı daşıyır. “Sülh çeşməsi” əməliyyatında insan haqlarından danışanlar sözdə terrorçuları xilas etmək üçün səfərbər olarkən, Pakistan haqlı mübarizəsində dimdik Türkiyənin yanında yer alır.

Mali Əməliyyat Missiyə Gücü yığıncaqlarında siyasi təzyiq altına alınmaq istənən Pakistana dəstək verəcəklərini bildirən Ərdoğan “Terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcəyik” deyib.

Ərdoğan Suriyanın İdlib şəhərilə bağlı əhvalatları da qiymətləndirərək bildirib:

“İdliblə əlaqədar son günlərdə atdığımız addımların məqsədi 4 milyon məzlumun, rejimin çəllək bombaları altında ölməsinin qarşını almaqdır”.

Prezident Ərdoğan “Liviyadan Yəmənə qədər toqquşmaların olduğu hər yerdə Türkiyənin ilkin hədəfi qanı, məhv etməyi, zülmü və gözyaşını dayandırmaqdır” ifadəsini işlədib.

Ərdoğan ABŞ-ın dırnaqarası Orta Şərq sülh planına da reaksiya göstərərək deyib ki, hörmətli Donald Tramp və İsrailin baş naziri Netanyahu arasında Qüdslə əlaqədar atılan addım “əsrin sülh planı” deyə təqdim edilən bir işğal layihəsidir.

Çıxışında Kəşmir məsələsinə də toxunan Ərdoğan Türkiyənin Kəşmir məsələsində ədalətdən, sülhdən, dialoq yolu ilə həlldən tərəf olmaqda davam edəcəyini bildirərək,  “Kəşmir məsələsi toqquşma yaxud da təzyiqlə deyil, ancaq ədalət və haqlılıq əsasında həll edilə bilər” ifadəsini işlədib.

Prezidert Ərdoğan Pakistandakı görüşləri çərçivəsində Türkiyə-Pakistan İş Forumunda da iştirak edəcək, sonra isə Pakistanın baş naziri İmran Xanla təkbətək görüş keçirəcək.



Әlaqәli Xәbәrlәr