Milli müdafiə naziri Hulusi Akar İdliblə bağlı açıqlama verib

Milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib şəhərində atəşkəsi təmin etmək və daimi hala gətirmək üçün əlavə hərbçilərlə sahəyə nəzarət ediləcəyini söyləyib.

1359079
Milli müdafiə naziri Hulusi Akar  İdliblə bağlı açıqlama verib

Milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib şəhərində atəşkəsi təmin etmək və daimi hala gətirmək üçün əlavə hərbçilərlə sahəyə nəzarət ediləcəyini söyləyib.

Akar “Radikallar daxil atəşkəsə əməl etməyənlərə qarşı zorakılıqdan istifadə ediləcək və istənilən hər tədbir görüləcəktir” deyib.

Milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri yığıncağının keçirildiyi Belçikanın paytaxtı Brüsseldə jurnalistlərin İdlibdəki vəziyyətə dair suallarına cavab verib:

“İdlib məsələsinin də müzakirə olunduğu ana iclasda  Türkiyənin düşüncə və gözləntilərini NATO rəsmiləri və müttəfiq ölkələrin müdafiə nazirlərilə bölüşmək imkanı əldə etdik. İdlibdə son vəziyyət oktyabr ayında keçirilən son NATO Müdafiə Nazirləri Yığıncağından bəridir xeyli mənfi istiqamətdə irəliləyir. 4 milyon suriyalının yaşadığı bu bölgədə Türkiyə zamin dövlətlərdən biridir”.

Atəşkəsin təmin olunması üçün köçün qarşısının alınması və axan qanın dayanması üçün cəhd göstərdiklərini vurğulayan Akar rejimin indiyədək elan edilən dörd atəşkəs qərarına rəğmən hava və qurudan hücumlarını davam etdirdiyini və bu hücumların şiddətinin gedərək artığını söyləyib.

Akar rejimin hücumlarının radikallaşmanı və köçü də artırdığını bildirərək, təqribən 1 milyon suriyalının evlərindən və vətənlərindən qaçaraq ağır qış şəraitində çarəsizcə rejim bölgəsi istiqamətində deyil, özlərini əmin-amanlıq içində hiss etdikləri Türkiyə tərəfə üz tuturduqlarını bildirib.

Bu humanitar faciəyə dünyanın səssiz qalmamasının vacibliyini vurğulayan Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bölgədəki nəzarət məntəqələrinə dair isə deyib ki, atəşkəsi təmin etmək və daimi hala gətirmək üçün əlavə hərbi dəstələr göndəririk, sahəyə nəzarət edəcəyik. Radikallar daxil atəşkəsə əməl etməyənlərə qarşı zorakılıqdan istifadə ediləcək və istənilən hər tədbir görüləcəktir. Əlavə hərbi qüvvə ilə gücləndirilən müşahidə məntəqələrimiz sahədəki vəziyyətə müşahidə edilməsində önəmli rol oynamağa davam edəcək. İdlibdəki mövcudluğumuzu gücləndirməyimizin məqsədi atəşkəsin daimi təmin edilməsidir. Hər hansı ünsürün hücumuna qarşı lazım gəldikdə gücdən istifadə etmək daxil qətiyyətli atəşkəsin təmin edilməsi istiqamətində istənilən tədbirin görüldüyünü və görüləcəyini bir daha ifadə etmək istəyirəm” deyib.



Әlaqәli Xәbәrlәr