Ruhsar Pekcan Xorvatiyada ikitǝrǝfli görüşlǝr keçirib

Türkiyǝnin ticarǝt naziri Ruhsar Pekcan  ilǝ Xorvatiya xarici işlǝr ilǝ Avropa İttifaqının daxili mǝsǝlǝlǝr üzrǝ naziri Cordan Qrlik Radman arasında ikitǝrǝfli görüş keçirilib.

1358176

Xorvatiyada sǝfǝrdǝ olan Ruhsar Pekcan paytaxt Zaqrebdǝ bu ölkǝnin iqtisadiyyat naziri Darko Horvat ilǝ keçirdiyi görüşdǝn sonra Radman ilǝ bir araya gǝlib.

Ticarǝt Nazirliyindǝn verilǝn mǝlumata görǝ, Xorvatiya Xarici İşlǝr Nazirliyindǝ keçirilǝn görüşdǝ  Gömrük Birliyinǝ dair müqavilǝnin yenilǝnmǝsi mǝsǝlǝsi müzakirǝ olunub.Görüşdǝ hǝmçinin iki ölkǝ arasındaki ticari ǝlaqǝlǝr vǝ investisiyaların artırılması mǝsǝlǝsi dǝ qiymǝtlǝndirilib.

Ruhsar Pekcan  Ticarət Nazirliyinin koordinasiyası, Xarici İqtisadi Əlaqələr Şurası  və Xorvatiya İqtisadiyyat Palatasının təşkilatçılığı vǝ  iki ölkənin firmalarının iştirakı ilə keçirilǝn  Türkiyə-Xorvatiya Dǝyirmi  Masa Yığıncağında  da iştirak etmişdi.

Әlaqәli Xәbәrlәr