M.Pompeo: "NATO müttəfiqimiz Türkiyənin yanındayıq"

ABŞ-ın dövlət katibi Maykl Pompeo İdlibdə şəhid edilən  Türkiyə əsgərlərinin ailələrinə başsağlığı verib.

1357719
M.Pompeo: "NATO müttəfiqimiz Türkiyənin yanındayıq"

ABŞ-ın dövlət katibi Maykl Pompeo İdlibdə şəhid edilən  Türkiyə əsgərlərinin ailələrinə başsağlığı verərək ölkəsinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrini Suriyadakı addımların koordinasiyasının təmini üçün paytaxt Ankaraya göndərdiyini söyləyib.

Pompeo bunu şəxsi “twitter” səhifəsindəki paylaşmasında yazıb.

Əsəd rejimi və Rusiyanı İdlibdəki hücumlarını dayandırmağa çağıran Pompeo “Ceffrini sabitliyi pozan hücuma cavab olaraq atılacaq addımların koordinasiyası üçün Ankaraya göndərdim. NATO müttəfiqimiz Türkiyənin yanındayıq” deyə vurğulayıb.

Qeyd edək ki, rejimin İdlibdəki müşahidə məntəqələrinə hücumlarında 5 Türkiyə əsgəri şəhid olub. Vəziyyət qarşısında Ceffri fevralın 11-i gecə radələrində Ankaraya gəlib.



Әlaqәli Xәbәrlәr