ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankarada səfərdədir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və müşayiətindəki heyət xarici işlər nazirinin müavini səfir Sedat Önal ilə bir araya gəlib.

1358237
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankarada səfərdədir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Cəyms Cəffri və müşaiyyətindəki heyət ABŞ-ın NATO müttəfiqi Türkiyənin yanında olduğunu vurğuladı.

Ceffri və müşaiyyətindəki heyətin paytaxt Ankarada xarici işlər nazirinin müavini səfir Sedat Önalla keçirdiyi görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Ceffri şəhid olan Türkiyə əsgərləri üçün ABŞ hökumətinin başsağlığı diləklərini çatdırıb və ölkəsinin NATO müttəfiqi Türkiyənin yanında olduğunu təkrarlayıb.

Nazir müavini səfir Önal da İdlibdə sahədə gedərək pisləşən vəziyyət və son əhvalatlar barəsində ABŞ heyətinə məlumat verib və Türkiyənin İdlibdə Astana və Soçi çərçivəsində qəbul edilən razılaşmanın həyata keçirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb.

Görüşdə sahədəki humanitar vəziyyət və siyasi proses kimi Suriya məsələsinin digər cəhətləri müzakirə olunub. Bu sahələrdə beynəlxalq ictimaiyyətin fəal rol almasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və müşayiətindəki heyət xarici işlər nazirinin müavini səfir Sedat Önal ilə bir araya gəlib.

Ceffri Ankarada Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib.

Ceffrini Nazirlikdə nazir müavini Sedat Önal qəbul edib.

Təqribən 1,5 saat davam edən görüşdən sonra Ceffri və heyəti Nazirlikdən ayrılıb.



Әlaqәli Xәbәrlәr