"Onun Türkiyəyə qarşı tənqidlər yönəltməsi son dərəcə səhv hərəkətdir", E.Tatar

Şimali Kipr Türk Respublikasının (KKTC) baş naziri Ersin Tatar ölkə prezidenti Mustafa Akıncının olmayan bir şeyi irəli sürərək Türkiyəyə qarşı tənqidlər yönəltməsinin seçkiləri qazanma niyyətli son dərəcə səhv bir davranış olduğunu bildirdi.

1355916

  Qıbrızın baş naziri və Milli Birlik Partiyasının sədri E.Tatar verdiyi yazılı açıqlamada respublika başçısı Mustafa Axıncının İngiltərənin “The Guardian” mətbuat orqanına verdiyi müsahibəsindəki ifadələrə reaksiya verərək Şimali Kiprin qıbrız türklərinin iradəsiylə qurulduğu, yaşadığı və ucaldığını vurğulayaraq deyib: "Biz əminik ki, xalqımız özünə heç bir faydası olmayan adama cavabı Akıncını növbəti seçkilərdə seçməyərək göstərəcək. ŞKTC ilə ana vətən Türkiyə hər zaman qardaşcasına, səmimi bir əməkdaşlıq içində olub, Qıbrız mövzusunu birlikdə həll edib və etməlidirlər. Bundan başqa yol xalqımızın zərərinədir. Respublika başçısı Akıncı bu xəttdən çox uzaqdadır, ona görə də qıbrız xalqının təhlükəsizliyi və gələcəyinə fayda vermək əvəzinə zərər yetirir. Bunun son nümunəsi Mustafa Akıncının “The Guardian” qəzetinə verdiyi və yunanların (rumların) çox xoşuna gələn müsahibədir. Hörmətli Axıncı, təəssüf ki, Qıbrız probleminin həlli mövzusunda Türkiyə tərəfindən göstərilən anlayış və səyləri qulaqardına vurmaqdadır."

Әlaqәli Xәbәrlәr