"Türkiyə hərbi birliklərini İdlib bölgəsindən çəkməyəcək" F.Sinirlioğlu

Türkiyənin BMT-dəki dami nümayəndəsi Feridun Sinirlioğlu Bəşər Əsəd rejiminə fevral ayının axırınadək İdlib bölgəsindən çəkilməsi üçün xəbərdarlıq edib.

1354988

BMT Təhlükəsizlik Şurası Əsəd rejiminin İdlibə yönəldilmiş hücumları qarşısında təcili yığıncaq keçirib.

Yığıncaqda çıxış edən Türkiyənin BMT-dəki dami nümayəndəsi Feridun Sinirlioğlu Türkiyənin hərbi birliklərini İdlib bölgəsindən çəkməyəcəyini və müşahidə məntəqələrini tərk etməyəcəyini söyləyib.

Sinirlioğlu Türkiyənin müşahidə məntəqələrinə hücumların təkrar olması halında Əsəd rejiminin ağır şəkildə cəzalandırılacağını bildirərək deyib:

“Rejimin fevral ayının axırınadək İdlibdən çəkilməsini istəyirik. BMT Təhlükəsizlik Şurası avtoriter rejimin pozuntularını müzakirə etmək üçün 10 ildir dəfələrlə yığıncaq keçirir, ancaq rejimin yaratdığı təhdidlərdə dəyişiklik olmur. Beynəlxalq ictimaiyyət rejimi bu mövqeyindən yayındıracaq tədbirlər görməlidir”.

Әlaqәli Xәbәrlәr