Ərdoğan ABŞ-ın sözdə barış planını xəritə üzərində tənqid etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının sözdə barış planını xəritə üzərində tənqid etdi.

1353724
Ərdoğan ABŞ-ın sözdə barış planını xəritə üzərində tənqid etdi

 

  Ədalət və İnkişaf Partiyasının sədri (AK Partiya) R.T.Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup yığıncağında çıxış edərək ABŞ prezidenti Donald Trampın sözdə barış planına toxunub. İsrailin işğalının get-gedə yayıldığını əlindəki xəritəylə göstərən Ərdoğan deyib:

  "Açıqlanan planın yeganə hədəfi 70 ildir fasiləsiz sürən İsrailin işğal, dağıtma və qəsb siyasətlərinə haqq qazandırmaqdır.

  Bu barış deyil, bir işğal və ilhaq planıdır.

  Qüdsə sahib çıxırıq və nə lazımsa, edəcəyik.

  Bunlar işğalçıdır və Tramp da onların arxasında durur.

  Qüdsün, Fələstinin İsrailə peşkeş verilməsini necə həzm etmək olar? ABŞ şəxsən mənə, həm də kəşfiyyat idarəmizə təhdidlər yelləyir, bəzi maliyyə qurumlarımızı sıxıntıya salır. Nə edirsinizsə edin. Siz Amerikanın çox böyük pulu, silahı ola bilər, amma bizim müqəddəs dəyərimiz “Nə qədər inançsızların öhdəsindən gəldik” deyir.

  Planla əlaqədar ikibaşlı ifadələr işlədən və ya susan dövlətlərə də səslənirəm: bu gün səssizliyə bürünmə vaxtı deyil, Fələstinə və Qüdsü-Şərifə sahib çıxma zamanıdır.

  Fələstinli qardaşlarımızın razı qalmadığı bir plana əsla dəstək verməyəcəyik."



Әlaqәli Xәbәrlәr