Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1353378
Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

 

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı  İdlibdә qarşıdırmaların qarşısının alınması mәqsәdi ilә  bölgәyә göndәrilәn Türkiyә Silahlı Qüvvәlәri birliklәrinә bazar ertәsi günü Bәşәr Әsәd rejimi tәrәfindәn tәşkil edilәn vә 8 hәrbçinin şәhid olmasına sәbәb olan hücumun  Suriyada sülhün tәmin olunması uçun göstәrilәn sәylәrә zәrbә vurduğunu ifadә edib.

Rәcәb Tayyib Әrdoğan  hәmçinin  bildirib ki, Türkiyә analoji hücumlar zamanı özünün müdafiә hüququndan istifadә edәcәk.

Görüşdә ikitәrәfli münasibәtlәr vә Suriya ilә Liviyadakı digәr proseslәr müzakirә olunub.



Әlaqәli Xәbәrlәr