"İdlibdə şəhid sayı 8-ə çıxdı", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada rejim qüvvələrinin İdlibdəki hava hücumu nəticəsində şəhid sayının 8-ə çıxdığını açıqladı.

1352474
"İdlibdə şəhid sayı 8-ə çıxdı", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada İdlibdə rejim qüvvələrinin hava hücumu nəticəsində şəhid sayının 8-ə çıxdığını söylədi.

  Rəsmi səfərdə olduğu Ukraynada ölkə prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında çıxış edən Ərdoğan deyib: "İdlibdəki hadisələr hər gün daha da dözülməz hala gəlir. Rejimin hücumları ilə 3-4 milyon insan ev-eşiyindən edilib. Onların bir milyona yaxını bizim sərhədlərimizə tərəf gəlir. Rusiya da, təəssüf ki, bunları görmür... İdlibdə rejim qüvvələri tərəfindən təşkil edilən hava hücumunda şəhid sayımız 8 oldu, bunlardan 3-ü mülki şəxsdir. Biz onlara lazımi cavabı həm hava, həm də quruda güclü şəkildə veririk və verəcəyik".



Әlaqәli Xәbәrlәr